EN

Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq

Avqustun 24-də saat 07:00-dan saat 22:00-dək Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Xutor tuneli istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti aparılacaq təmir işləri ilə əlaqədar tam məhdudlaşdırılacaq.

"Cebheinfo.az" -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata əsasən, sabah 07:00-dan saat 22:00-dək paytaxtın Ziya Bünyadov prospektində (Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində) də nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Cebheinfo.az" 

Chosen
11
42
cebheinfo.az

10Sources