AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva UEFA-dan növbəti təyinatını alıb. Metbuat.az xəbər verir ki, Mehdiyeva Konfrans Liqasının pley-off mərhələsinin "Beşiktaş" (Türkiyə) -"Lozanna" (İsveçrə) cütünün cavab oyununda UEFA nümayəndəsi olacaq.Görüş avqustun 28-də İstanbuldakı "Türpaş" stadionunda təşkil ediləcək.Komandalar arasında İsveçrədə keçirilən oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.