AZ

AFFA-nın vitse-prezidenti "Beşiktaş"ın oyununa təyinat aldı

AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Fanat.Az xəbər verir ki, Mehdiyeva Konfrans Liqasının pley-off mərhələsinin "Beşiktaş" (Türkiyə) -"Lozanna" (İsveçrə) cütünün cavab oyununda UEFA nümayəndəsi olacaq.

Görüş avqustun 28-də İstanbuldakı "Türpaş" stadionunda təşkil ediləcək.

Komandalar arasında İsveçrədə keçirilən oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Seçilən
15
2
fanat.az

6Mənbələr