EN

İranın Təhlükəsizlik Şurasından Azərbaycanla bağlı açıqlama

"Azərbaycan hökuməti özü açıq-aydın deyir ki, belə bir şey (12 günlük müharibədə İsraillə əməkdaşlıq - red.) olmayıb və hələ ki, masaya qoymaq üçün heç bir sübutumuz yoxdur".

"Unikal" xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib. 

O, qeyd edib ki, bu məsələ sübutlarla danışmaq lazımdır: "Bəzi insanlar bir şey deyirlər, lakin bizə dəqiq istinadlar təqdim etməlidirlər. Hələ heç bir istinadımız yoxdur.

Onu da nəzərə alın ki, Azərbaycan müsəlman ölkəsidir, bizim qonşumuzdur və mədəni əlaqələr baxımından bizə çox yaxındır, dostumuzdur. İndi bir sahədə bizimlə fikir ayrılığı var. 

Bizim münasibətlərimiz olan Rusiya və Çin kimi bu böyük dövlətlərin də İsraillə əlaqələri var, lakin biz bu məsələdə öz maraqlarımızı güdürük. Biz qəbul etməliyik ki, bugünkü dünyada bu yayılma var və bir çox ölkələrdə bizim sionist rejimlə bağlı təsəvvürümüz yoxdur. Yəni Azərbaycan hökumətinin verdiyi bəyanatlarda onların bizə qarşı hər hansı tədbir gördüyü göstərilməyib. Hazırda Təhlükəsizlik Şurasında bununla bağlı faktımız yoxdur və inanırıq ki, qonşu, müsəlman, dost dövlət olan Azərbaycan hökuməti bunu etməyəcək. Araşdırdığımız qədəriylə bu mövzuda heç bir istinadımız yoxdur. İndi bir gün nəsə tapsaq, başqa cür hərəkət etməliyik, amma hazırda heç bir sübutumuz yoxdur və əsassız sözlərlə hərəkət edə bilmərik".

Ağarza Elçinoğlu 

Chosen
101
50
unikal.az

10Sources