Tərtərdə yol qəzasında üç nəfər xəsarət alıb.
Bakues.az xəbər verir ki, Borsunlu-Hindarx yolunun rayon ərazisində keçən hissəsində qeydə alınan qəzada “BMW” və “Hundai” toqquşub.
Nəticədə Tərtər rayon sakinləri 1998-cil il təvəllüdlü Əsgərzadə Vaqif Yalçın oğlu, 2004-cü il təvəllüdlü İsayev Elgiz Çingiz oğlu və 1962-ci il təvəllüdlü İsmayılov İlqar İsmayıl oğlu xəsarət alıb.
Yaralılar Tərtər Rayon mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.