EN

Misli Premyer Liqası: “Sumqayıt” səfərdə “Qarabağ”ı məğlub edib

Bakı, 22 avqust, AZƏRTAC

Misli Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Sumqayıt” səfərdə “Qarabağ”la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub.

Turun bu gün baş tutan açılış matçında “Neftçi” səfərdə “İmişli” ilə qolsuz heç-heçə edib.

Qeyd edək ki, turun digər oyunları avqustun 23-ü, 24-ü, və 25-də olacaq.

 

Chosen
57
1
azertag.az

2Sources