Bakı, 22 avqust, AZƏRTAC
Misli Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sumqayıt” səfərdə “Qarabağ”la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub.
Turun bu gün baş tutan açılış matçında “Neftçi” səfərdə “İmişli” ilə qolsuz heç-heçə edib.
Qeyd edək ki, turun digər oyunları avqustun 23-ü, 24-ü, və 25-də olacaq.