Binə qəsəbəsində evdən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidməyindən Avtosfer.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs gecə saatlarında Binə qəsəbə sakininin evinin pəncərəsini qıraraq içəri daxil olub və 7000 manat oğurlayıb. Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı X.Vüqaroğlu müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.