Paytaxt sakini olan iki nəfərin bank kartından ümumilikdə 3900 manat pul oğurlanıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 24 yaşlı Ş.Abbasov və 22 yaşlı N.Teyyubov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
MənbəAPA