Bakı, 23 avqust, AZƏRTAC
Il Beynəlxalq Multikulturalizm Gənclər Forumuna dəvət olunduğum üçün Azərbaycana təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Afrika İttifaqının Afrika Miqrasiya Müşahidə Mərkəzinin direktoru Namira Neqim söyləyib.
O bildirib ki, forum dünya gənclərinin Azərbaycanı daha yaxından tanıması üçün böyük şansdır. Ona görə də forumun faydalı keçəcəyi barədə gözləntiləri yüksəkdir.