Il Beynəlxalq Multikulturalizm Gənclər Forumuna dəvət olunduğum üçün Azərbaycana təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Afrika Miqrasiya Rəsədxanasının direktoru Namira Negm söyləyib.
O bildirib ki, forum dünya gənclərinin Azərbaycanı daha yaxından tanıması üçün böyük şansdır. Ona görə də forumun faydalı keçəcəyi barədə gözləntiləri yüksəkdir.