Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər Asiya ölkələrində də təqdir edilir.
Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Banqladeşin iqamətgahı Ankarada olan Azərbaycan, Gürcüstan və Türkmənistan üzrə qeyri-rezident səfiri Amanul Haq deyib.
Azərbaycanın Asiya ölkələri ilə optimal siyasət yürütdüyünü müşahidə etdiyini vurğulayan səfir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirlərdə də bunun şahidi olduğunu qeyd edib:
“Azərbaycanın Asiya ölkələri ilə bağlı siyasəti günü-gündən genişlənir. Prezident İlham Əliyevin bu istiqamətdə irəli sürdüyü təşəbbüslər qitə dövlətlərində çox müsbət qarşılanır”.
Diplomat sonda Banqladeş-Azərbaycan əlaqələrinin yüksək səviyyəyə çatdırıldığını deyərək ikitərəfli münasibətlərin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.