AZ

İlham Əliyevin təşəbbüsləri Asiya ölkələrində...

Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər Asiya ölkələrində də təqdir edilir.

Publika.az xəbər verir ki, bunu Report-a açıqlamasında Banqladeşin iqamətgahı Ankarada olan Azərbaycan, Gürcüstan və Türkmənistan üzrə qeyri-rezident səfiri Amanul Haq deyib.

Azərbaycanın Asiya ölkələri ilə optimal siyasət yürütdüyünü müşahidə etdiyini vurğulayan səfir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirlərdə də bunun şahidi olduğunu qeyd edib:

“Azərbaycanın Asiya ölkələri ilə bağlı siyasəti günü-gündən genişlənir. Prezident İlham Əliyevin bu istiqamətdə irəli sürdüyü təşəbbüslər qitə dövlətlərində çox müsbət qarşılanır”.

Seçilən
18
6
publika.az

7Mənbələr