ABŞ vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan birgə bəyannamə Cənubi Qafqazda yeni ticarət dəhlizinin açılmasına yol aça bilər.
Modern.az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazıb.
Türkiyə hesab edir ki, bu dəhliz Çinlə Avropa arasındakı ticarəti sürətləndirəcək.
MÉ™qalÉ™dÉ™ deyilir, “BeynÉ™lxalq Sülh vÉ™ Rifah naminÉ™ Tramp MarÅŸrutu” (ZÉ™ngÉ™zur dÉ™hlizi, TRIPP) AzÉ™rbaycanın É™sas É™razisini Naxçıvanla ErmÉ™nistan üzÉ™rindÉ™n birləşdirÉ™cÉ™k. TürkiyÉ™nin nÉ™qliyyat naziri Abdulkadir UraloÄŸlu bu marÅŸrutun “PekinlÉ™ London arasındakı xÉ™tti daha sÉ™mÉ™rÉ™li edÉ™cÉ™yini” bildirib.
Lakin Vaşinqtonun dəhliz üzərində eksklüziv inkişaf hüquqları əldə etməsi onun istifadəsini məhdudlaşdıra bilər. Türk rəsmiləri bildiriblər ki, ABŞ-ın nəzarət mexanizmi Çinin və digər əsas ixracatçıların bu dəhlizdən istifadə edib-etməyəcəyində həlledici olacaq. ABŞ bu addımı öz diplomatik qələbəsi kimi təqdim edir və bunun Rusiyanın, eləcə də İranın bölgədəki təsirini zəiflədəcəyini vurğulayır.
İran tərəfi ehtiyatlı münasibət göstərsə də, Ayətullah Xameneinin yaxın müşavirlərindən biri sərhəd yaxınlığında ABŞ üstünlüyünə qarşı çıxıb.
Nəşr yazır ki, paralel olaraq Türkiyə də infrastruktur addımlarını sürətləndirir. Avqustun 23-dən Kars ilə Naxçıvanı birləşdirəcək 224 kilometrlik yeni dəmir yolunun inşasına start verilib. 2,4 milyard avro xarici kreditlə maliyyələşən layihə 2029-cu ildə başa çatmalı və ildə 15 milyon sərnişin, 2 milyon ton yük daşımaq gücünə malik olacaq.
Ekspertlərin hesablamalarına görə, Ermənistanla ticarət əlaqələrinin normallaşması Türkiyənin ixracını ildə 3 milyard dollar artıracaq, TRIPP və digər regional layihələrin tam reallaşması isə bu göstəriciyə əlavə 1 milyard dollar qazandıra bilər. ABŞ və Avropa İttifaqı da bu prosesi dəstəkləyir.