AZ

Türkiyənin nəqliyyat naziri: Zəngəzur dəhlizi region üçün xüsusi əhəmiyyət kəsb edir

Qars-İğdır-Aralıq-Dilucu (Naxçıvanla sərhəd) dəmir yolu və Zəngəzur dəhlizi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP) 30 il ərzində Türkiyəyə 147,6 milyard lirə gəlir gətirəcək.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanla sərhədə uzanan dəmir yolu arteriyası Zəngəzur dəhlizinin - bütün region üçün xüsusi əhəmiyyət kəsb edən təşəbbüsün mühüm həlqəsinə çevriləcək.

“Orta Dəhliz sayəsində Avropa ilə Asiya arasında malların çatdırılma müddəti əhəmiyyətli dərəcədə azalacaq. Yəni, dənizlə daşınma ilə müqayisədə dəmir yolu ilə daşınmaya daha çox tələbat olacaq”, - deyə Uraloğlu Şərqi Anadoluda 224 kilometrlik dəmir yolunun tikintisi ilə bağlı xərclərin özünü doğruldacağına əminliyini ifadə edib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Qars-İğdır-Aralıq-Dilucu dəmir yolunu “strateji investisiya” adlandırıb. “Zəngəzur dəhlizi türk dövlətlərinə, Cənub-Şərqi və Şərqi Asiya ölkələrinə ən qısa yoldur. Bu marşrutla ildə 15 milyon ton yük daşınacaq”, - deyə o bildirib.

Seçilən
55
5
ikisahil.az

10Mənbələr