EN

Rusiyada erməni bloger saxlanıldı

BAKI, 23 avqust. TELEQRAF

Rusiyada bloger Arsen Markaryan saxlanılıb.

Teleqraf xəbər verir ki,məlumatı Rusiya İstintaq Komitəsi yayıb.

Onun tezliklə dindirilməyə aparılacağı bildirilir.

A.Markaryan "Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə" şübhəli bilinir.

Rusiyanın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, erməni bloger PUA-lardan istifadə edərək Rusiyada terrora çağırış edib. Arsen Markaryana qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.

Moskva Prokurorluğu bloger Arsen Markaryanın cinayət təqibinə başlayıb.

A.Markaryanın müsahibəsində pilotsuz uçuş aparatlarından istifadə etməklə terror hücumlarına çağırışlar aşkarlanıb.

Chosen
73
teleqraf.com

1Sources