EN

Türkiyə XİN: Fələstin xalqının haqlı mübarizəsinə dəstəyi qətiyyətlə davam etdiririk

Türkiyə Fələstin xalqının haqlı mübarizəsinə verdiyi dəstəyi qətiyyətlə davam etdirir.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.

Ölkənin birinci xanımı Əminə Ərdoğanın ABŞ-nin birinci xanımı Melaniya Trampa göndərdiyi məktuba istinadən edilən paylaşımda: "Hörmətli Əminə Ərdoğan Qəzzanın sülhə və rahatlığa həsrət qalmış uşaqları üçün artıq addım atılmasının vacibliyini qeyd edib", - deyə vurğulanıb.

Chosen
80
4
missiya.az

10Sources