Türkiyə Fələstin xalqının haqlı mübarizəsinə verdiyi dəstəyi qətiyyətlə davam etdirir.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.
Ölkənin birinci xanımı Əminə Ərdoğanın ABŞ-nin birinci xanımı Melaniya Trampa göndərdiyi məktuba istinadən edilən paylaşımda: "Hörmətli Əminə Ərdoğan Qəzzanın sülhə və rahatlığa həsrət qalmış uşaqları üçün artıq addım atılmasının vacibliyini qeyd edib", - deyə vurğulanıb.