EN

İsrail hərbçiləri Qəzzada mövqelərini möhkəmləndirir

İsrail ordusu Qəzza şəhərində mövqelərini möhkəmləndirir.

İsrail tankları Qəzzanın daha bir rayonuna - Sabraya daxil olub.

Bu həftənin əvvəlində Zeytun rayonunda İsrail ordusunun zirehli texnikası görünüb. Bundan əvvəl ordunun Qəzza şəhərinin ətrafını işğal etdiyi məlum olub.

Xatırladaq ki, avqustun 8-də İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza şəhəri üzərində İsrail ordusu tərəfindən nəzarətin yaradılması planını təsdiqləyib. Bu plan həm İsrail daxilində, həm də xaricdə tənqidlərə səbəb olub.

Chosen
43
6
moderator.az

7Sources