EN

“Borussiya Dortmund” səfərdə heç-heçə edib

Borussiya Dortmund” Bundesliqanın 2025-2026-cı il mövsümünün birinci turunda səfərdə “St Pauli” komandası ilə qarşılaşıb.

APA xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş 3:3 hesabı ilə başa çatıb.

Dortmundlular görüşün 85-ci dəqiqəsinədək hesabda 3:1 hesabı ilə üstün olsalar da, həmin dəqiqədə müdafiəçi Filippo Manenin qırmızı vərəqə alması və komandanın qapısına 11 metrlik cərimə zərbəsinin təyin edilməsi matçda dönüş nöqtəsi olub.

Oyunun 86-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirən “St Pauli” bu qoldan üç dəqiqə sonra qarşılaşmada tarazlığı bərpa edib - 3:3.

Chosen
20
5
apa.az

6Sources