AZ

“Borussiya Dortmund” Bundesliqanın birinci turunda qələbəni son anda əldən verib

Berlin, 23 avqust, AZƏRTAC

“Borussiya Dortmund” Bundesliqanın 2025-2026-cı il mövsümünün birinci turunda səfərdə “St Pauli” komandası ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş 3:3 hesabı ilə başa çatıb.

Dortmundlular görüşün 85-ci dəqiqəsinədək hesabda 3:1 hesabı ilə üstün olsalar da, həmin dəqiqədə müdafiəçi Filippo Manenin qırmızı vərəqə alması və komandanın qapısına 11 metrlik cərimə zərbəsinin təyin edilməsi matçda dönüş nöqtəsi olub. Oyunun 86-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirən “St Pauli” bu qoldan üç dəqiqə sonra qarşılaşmada tarazlığı bərpa edib - 3:3.

Xatırladaq ki, Bundesliqanın ötən gün keçirilən açılış matçında “Bavariya” doğma meydanda “Leyptsiq”i 6:0 hesabı ilə darmadağın edib.

Turun bu gün oynanılan görüşləri aşağıdakı nəticələrlə başa çatıb:

“Bayer Leverkuzen” - “Hoffenhaym” - 1:2

“Ayntraxt Frankfurt” - “Verder Bremen” - 4:1.

“Frayburq” - “Auqsburq” 1:3

“Haydenhaym” - “Volfsburq” - 1:3

“Union Berlin” - “Ştutqart” - 2:1.

Bundesliqanın 1-ci turuna sabah keçiriləcək “Maynts 05” - “Köln” və “Mönxenqladbax” - “Hamburq” görüşləri ilə yekun vurulacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
7
5
azertag.az

6Mənbələr