Demokratlar Partiyasından Nyu-York meri vəzifəsinə namizəd olan Zohran Mamdani seçki kampaniyası çərçivəsində ianə toplama yarışına liderlik edir.
"Report"un verdiyi xəbərə görə, bu barədə "The Hill" qəzeti məlumat yayıb.
Bildirilib ki, 12 iyul – 18 avqust tarixləri arasında Mamdani 1 milyon dollardan çox ianə toplayıb. Nyu-York meri vəzifəsinə müstəqil namizəd Endryu Kuomo 541 min dollar, hazırkı mer Erik Adams isə cəmi 425 min dollar toplaya bilib.
Nəşrdə qeyd olunur ki, avqustun əvvəlində keçirilən sorğulara əsasən, Mamdani beş namizəd arasında ikirəqəmli fərqlə ilk sırada qərarlaşıb.