Yaponiyanın Honsü adası sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.
News365.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 117 min insanın yaşadığı İsinomaki şəhərindən 76 km şimal-şərqdə olub. Zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.