EN

Telekanaldan ŞOK HÜCUM PLANI

İsrailin "Kanal 11" telekanalı Təl-Əvivin İrana mümkün hücumu zamanı haraları hədəfə alacağına dair reportaj təqdim edib.

Publika.az xəbər verir ki, mümkün hücumun hədəfləri olaraq bunlar ehtimal edilir:

  • Nüvə Obyektləri
  • Hərbi Obyektlər
  • Raket bazaları
  • Silah İstehsal Zavodları
  • Hava Hücumundan Müdafiə Sistemləri
  • SEPAH Komandanlığı Mərkəzləri
  • Yüksək rütbəki komandirlərin öldürülməsi.

Xatırladaq ki, 12 günlük müharibə iyunun 13-də İsrailin İranın nüvə, hərbi və strateji obyektlərinə qarşı genişmiqyaslı hücumları ilə başladı və intensiv hücumlar 24 iyun tarixində atəşkəs razılaşması ilə dayandırıldı.\

Əməliyyatlar çərçivəsində İsrail İranın yüksək rütbəli hərbi komandirlərini, nüvə alimlərini və kritik obyektləri hədəfə aldı. İran isə dron və raket hücumları ilə cavab verərək İsrail şəhərlərinə, hərbi və strateji obyektlərə zərbələr endirdi.

Chosen
52
publika.az

1Sources