BAKI, 24 avqust. TELEQRAF
Çilidə Rixter cədvəli üzrə beş bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 227 min insanın yaşadığı İkike şəhərindən 108 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 103 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.