Türkiyənin Kahramanmaraş vilayətində 4 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə 06:59-da Elbistan rayonunda qeydə alınıb.
Zəlzələnin 19,74 km dərinlikdə baş verdiyi bildirilib.