EN

Hərbi prokuorluq qətl, zorlama və işgəncələrə görə eks-prezidentə  edam cəzası tələb etdi...

Konqo Demokratik Respublikasının hərbi prokurorluğu məhkəmədən qətl, zorlama və işgəncə də daxil olmaqla müharibə cinayətlərində qiyabi mühakimə olunan keçmiş prezident Cozef Kabilanın edam cəzasına məhkum edilməsini istəyib.
 
Moderator.az  "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
 
2018-ci ilə qədər ölkəni təxminən iyirmi il idarə edən Kabila 2023-cü ilin sonundan xaricdədir. O, sonuncu dəfə "23 Mart Hərəkatı"nın üsyançıları tərəfindən ələ keçirilən şərqi Konqo ərazisində ictimaiyyət qarşısında görünüb.
 
İttihamlar və siyasi əsaslar
 
Ölkənin keçmiş lideri dövlətə xəyanət, casusluq və qiyam təşkil etməkdə ittiham olunur. İttihama görə, o, ölkənin şərqində geniş əraziləri ələ keçirən “23 Mart Hərəkatı” qiyamçılarına maliyyə və maddi-texniki dəstək verib.
 
O, eyni yaraqlıların yanvar ayında hökumətlə barışıq əldə etməmişdən əvvəl ələ keçirdikləri “Qoma şəhərinin zorla işğalı”nda iştirakda da ittiham olunur.
 
“Əl-Cəzirə”nin məlumatına görə, Kabila özü məhkəməni “təzyiq aləti” adlandırıb, partiyası isə bunun nüfuzlu müxalifət xadiminin aradan qaldırılmasına yönəlmiş “siyasi təqib” olduğunu bildirib.
 
Kabilanın siyasi partiyasının katibi Ferdinand Kambere cümə günü jurnalistlərə deyib: "Bu, müxalifət üzvünə qarşı qəddarlıq və təqibdir
Chosen
44
moderator.az

1Sources