EN

Ermənistan ilə Rusiya arasında yenidən gərginlik yaşanıb

Tbilisi, 24 avqust, AZƏRTAC

Ermənistan ilə Rusiya arasında yenidən gərginlik yaranıb. Rusiya bu dəfə Ermənistandan ixrac olunan kənd təsərrüfatı məhsullarını geri qaytarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilir ki, Gürcüstan vasitəsilə Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsulları ilə dolu yük maşınları Ermənistana geri qayıdır. Rusiya tərəfinin iddiasına görə, Ermənistandan Rusiyaya ixrac olunan məhsullar fitosanitar tələblərə cavab vermir.

Rusiya tərəfi bir qədər əvvəl digər yükləri, xüsusilə də tikinti materialları daşıyan avtomobilləri ciddi yoxlayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
31
7
azertag.az

10Sources