EN

"50 illik yubileyimi qeyd edəcəm, bir də qismət olsa qızımın toyunu"-Sonaxanım şadyanalıq edir + ÖZƏL+FOTO

"Özüm üçün şadyanalıq edib, ad günü keçirəcəm. 50 illik yubileyimdir. Təxminən 150 nəfər qonağım olacaq. Sənət adamlarını-aparıcıları, aktrisaları, müğənniləri dəvət etmişəm. Özüm istədim ki, sırf kolleqalarım olsun. Bilirsiniz ki, Elgiz Əkbər mənim əziz dostumdur. Bakıda yoxdur, gələ bilmir. Dedi ki, veriliş açılan kimi sənin yubileyini efirdə qeyd edəcəm. Çox adamı da dəvət etmədim. Müəyyən səbəblər var, bir az çəkinirəm, utanıram. İnşallah övladımın toyunda dəvət edərəm. Hər dəfə ad günü, yubiley keçirən deyiləm. Bir 50 illik yubileyi qeyd edəcəm, bir də qismət olsa qızımın toyunu. Allah cəmi balalara qismət etsin".

Bunu Moderator.az-a açıqlamasında aktrisa Sonaxanım Əliyeva deyib. O daha sonra əlavə edib:

"Biz nə qədər yaşayırıqsa arzular da həmişə olacaq. Arzular sonsuzdur, tükənməzdir. Hamımızın bir valideyn kimi arzusu odur ki, balalarımız xoşbəxt olsunlar. Biz görmədiyimiz yaxşı günləri balalarımız görsün. Arzu edirəm ki, rollarım bol olsun, işim-gücüm olsun. Bir gözümün o biri gözümə möhtacı olmasın. Nə qədər yaşayıramsa Allah o ömrü mənə sağlıqlı versin. Ağlım başımda olsun. İşimdə-gücümdə ola bilim" - deyə aktrisa bildirib.

Chosen
33
moderator.az

1Sources