EN

Bakıda sərnişin avtobusu piyadanı vurdu

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Bakues.az xəbər verir ki, hadisə avqustun 24-nə keçən gecə Əmircan qəsəbəsi ərazisində baş verib.

1990-cı il təvəllüdlü Anar Beydullayev yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu sərnişin avtobusu vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Növbətçi həkimin verdiyi məlumata görə, A.Beydullayevin vəziyyəti orta ağırdır.

Qeyd edək ki, hadisə vaxtı avtobusda sərnişin olmayıb. Avtobusun sürücüsü qaraj istiqamətində hərəkət edirmiş.

Chosen
7
5
icma.az

6Sources