Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə avqustun 24-nə keçən gecə Əmircan qəsəbəsi ərazisində baş verib.
1990-cı il təvəllüdlü Anar Beydullayev yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu sərnişin avtobusu vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Növbətçi həkimin verdiyi məlumata görə, A.Beydullayevin vəziyyəti orta ağırdır.