EN

Qusarın Avaran kənd sakinləri içməli su ilə təmin ediliblər  

 

"Regional İnkişaf" İctimai

Birliyinin təşəbbüsü və bp şirkətinin maliyyə dəstəyi ilə Qusar rayonunun

Avaran kəndində müasir içməli su təchizatı infrastrukturunun açılış mərasimi

keçirilib.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı

Sahir Məmmədxanov regionlarda əhalinin sosial-məişət şəraitinin

yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən söz açıb.  O, Avaran kənd sakinlərinin uzun illər içməli

su problemindən əziyyət çəkdiyini və bu layihənin əhalinin  təmiz içməli suya çıxışının təmin edilməsində

əhəmiyyətini vurğulayıb, layihənin kəndin sosial rifahına, əhalinin

sağlamlığına və ümumi həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini

qeyd edib.

Qeyd edək ki, layihənin reallaşdırılması üçün

Cağar Cibir su kanalından kəndə 1,4 kilometr məsafədən xətt çəkilib. 10 min

kubmetr həcmində sututar və 2 min kubmetr həcmində lil çökdürmə hovuzu

yaradılıb. Obyektdə nasosxana və filter məntəqəsi tikilərək  qurğu və avadanlıqlarla təchiz edilib,

transformator,

3 mərhələli filter sistemi, motorlar, su çənləri

və sayğaclar quraşdırılıb.  Layihənin

birinci hissəsinin icrası çərçivəsində kənddaxili şəbəkə qurularaq 125 ev təsərrüfatının

su təchizatı təmin edilib. İlin sonunadək kəndin qalan 263 ev təsərrüfatına da

daxili su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq.

 

Akif ƏLİYEV,

"Azərbaycan"

1Sources