EN

Aaron Anselmino “Borussiya” ilə icarə əsasında anlaşdı

“Çelsi”nin mərkəz müdafiəçisi Aaron Anselmino karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu Dortmund “Borussiya”sına icarə əsasında keçəcək.

Dortmund təmsilçisi argentinalının transferini yekunlaşdırmaq üzrədir. Anselmino mövsümün sonuna qədər alman klubunda çıxış edəcək.

20 yaşlı müdafiəçi ötən yay London klubuna transfer olunub və indiyədək “Çelsi”də yalnız 1 matç keçirib, məhsuldar hərəkətləri ilə yadda qalmayıb.

Qeyd edək ki, dünən “Borussiya” Dortmund Bundesliqanın ilk turunda səfərdə “Sankt-Pauli” ilə 3:3 hesablı heç-heçə edib.

Chosen
45
90deqiqe.az

1Sources