ain.az bildirir, Apa.az portalına istinadən.
Ukrayna Silahlı Qüvələri pilotsuz uçuş aparatı ilə Kursk atom elektrik stansiyasının (AES) transformatoruna zərbə endirib.
APA-nın xəbərinə görə, bu barədə Kursk vilayətinin Operativ Qərargahı Telegram-da paylaşım edib.
Ölən və yaralanan yoxdur. Bununla belə, Kursk AES-in üçüncü blokunun gücü 50 faizə qədər azalıb.
Qeyd edilib Ki, Kursk AES və ətraf ərazilərdə radiasiya fonunda dəyişiklik yoxdur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.