Futbol üzrə Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
İlk turda "Qarabağ"la oyunu təxirə salınan "Sabah" səfərdə "Şamaxı"nın qonağı olub. Görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində hər iki qolu Coy Lens Mikels vurub. Meydan sahiblərinin heyətində isə Dioqu Balau fərqlənib.