EN

Qəza zamanı toqquşan avtomobillər yandı - Video

Saatlıda qəza zamanı toqquşan iki avtomobil yanıb.

“Qafqazinfo” nun xəbərinə görə, hadisə rayonun Soltanabad kəndində baş verib.

Kənd ərazisində hərəkətdə olan iki “VAZ”  markalı avtomobil ötmə əməliyyatı edərkən toqquşub. Zərbənin təsirindən avtomobilin birində baş verən yanğın digər avtomobilin də yanmasına səbəb olub. 

Qəza zamanı hər iki avtomobil yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Chosen
16
5
qafqazinfo.az

6Sources