Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyi bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin avqustun 31-də və sentyabrın 1-də Tianjin şəhərinin ev sahibliyi və prezident Si Cinpinin sədrliyi ilə keçiriləcəyini bildirmişdi. Builki toplantıda bəzi digər ölkələrin iştirakı ilə “Şanxay Plus” adlı daha bir görüş də keçiriləcək.