Misli premyer-liqasının 2-ci turunda “Turan Tovuz” “Araz-Naxçıvan”a məğlub oldu - 1:2.
Tovuzluların baş məşqçisi Kurban Berdıyev əvvəlcə oyun haqda fikirlərini bölüşdü.
- Bərabər səviyyəli komandaların oyununda həlledici məqamları standart vəziyyətlər həll edir. Əfsuslar olsun ki, standart vəziyyətdən qol buraxdıq və bundan yararlana bilmədik.
- Ötən mövsüm komandanın əsas üstünlüyü standart vəziyyətlər idi. İndi də belə olacaq?
- Bildiyim qədəri ilə bütün klublarda standart vəziyyət əsas silahdı.
- Serrano nə vaxt oynamağa tam hazır olacaq?
– Bütün yeni transferləri gözləyirik ki, tam hazır olsunlar.
– Məğlub duruma düşəndən sonra meydana çıxan futbolçular əsas heyət futbolçusu olmağa iddialıydılar sanki.
– Biz onları oynamaq üçün dəvət etmişik. Hazır olandan sonra sistemi də dəyişə bilərik.
- Yeni transferlər ola bilər?
– Axtarırıq, vaxtımız azdı.
MÜZƏFFƏR QULUZADƏ