EN

Ermənistanda qəza - 15 nəfər yaralandı

Ermənistanın Tavuş vilayətində yol qəzası baş verib. 

 

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, İcevan-Dilican marşrutu ilə hərəkət edən “QAZel” markalı mikroavtobus və “VAZ-2106” toqquşub.

 

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 15 nəfər İcevan xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı cinayət işi açılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənlərin şəxsiyyətini müəyyənləşdirir.

Chosen
547
3
sfera.az

10Sources