AZ

Ermənistanda qəza - 15 nəfər yaralandı

Ermənistanın Tavuş vilayətində yol qəzası baş verib. 

İcevan-Dilican marşrutu ilə hərəkət edən “QAZel” markalı mikroavtobus və “VAZ-2106” toqquşub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 15 nəfər İcevan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənlərin şəxsiyyətini müəyyənləşdirir. (unikal)

 

Seçilən
522
3
avtosfer.az

10Mənbələr