Suriya və İsrail nümayəndə heyətləri təhlükəsizlik tədbirləri üzrə ikitərəfli sazişin hazırlanması ilə bağlı danışıqlarda irəliləyiş əldə ediblər.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd Şara deyib.
“Biz ikitərəfli razılaşmalara doğru irəliləyiş əldə etdik. Müzakirə olunan saziş İsrail və Suriya hərbi qüvvələrinin 1974-cü ildə müəyyən edilmiş təmas xəttinə qayıdışa əsaslanacaq”, - o bildirib.
Şara həmçinin Yaxın Şərq ölkələri arasında iqtisadi inteqrasiyanın vacibliyini qeyd edib.
O, Suriya və regionun maraqlarına cavab verən hər hansı qərarı tərəddüd etmədən qəbul edəcəyini və ya müqaviləni təsdiqləyəcəyini vurğulayıb.