BAKI, 25 avqust. TELEQRAF
İsrailin Yəmənin paytaxtı Səna şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə üsyançı “Ənsar Allah” hərəkatının nəzarətində olan Yəmənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hücumlar nəticəsində 67 nəfərin yaralandığı bildirilir.