EN

KİV: Suriyanın Rəqqə şəhərində kürdlər komendant saatı tətbiq etdilər

BAKI, 25 avqust. TELEQRAF

“Suriya Demokratik Qüvvələri” (SDQ) kürd koalisiyasının komandanlığı Fərat çayı üzərindəki Rəqqə şəhərində yerli vaxtla 00:00-dan 05:00-a qədər komendant saatı elan edib.

Teleqraf xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.

Bu qərarın yerli ərəb tayfalarının silahlı dəstələri tərəfindən yaranan təhlükə səbəbindən qəbul edildiyi bildirilir.

Daha əvvəl SDQ bəyanat yayaraq, 24 avqustda Deyr əz-Zor vilayətinin qərbindəki Əl-Cuneyna şəhərində kürd döyüşçülərinin komanda məntəqəsinə hücum edildiyini açıqlamışdı. Kürdlər bu hücuma görə məsuliyyəti keçid hökumətinin qoşunları tərəfindən dəstəklənən qruplaşmaların üzərinə qoymuşdu.

Chosen
8
teleqraf.com

1Sources