EN

ABŞ İraqda iki bazanı tərk edir

ABŞ hakimiyyəti öz qoşunlarını İraqdakı Eyn əl-Əsəd və Viktoriya hərbi bazalarından çıxarmaq, eləcə də bütövlükdə hərbi qüvvələrin ölkədən çıxarılması prosesini sürətləndirmək qərarına gəlib.

 

Bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

 

Telekanalın məlumatına görə, ABŞ ordunun çıxarılması ilə bağlı əvvəllər müəyyən edilmiş qrafikə əməl etməyəcək: "Amerikalılar iraqlı həmkarlarına qoşunların çıxarılması prosesini sürətləndirəcəklərini və iki ölkə arasında çərçivə sazişində göstərilən cədvələ əməl etməyəcəklərini bildiriblər".

 

Qeyd olunur ki, ABŞ bölmələri İraq Kürdüstanının Ərbil əyalətinə köçürülür, bəzi qoşunlar isə başqa ərəb ölkəsinə göndərilir.

 

Xatırladaq ki, 2024-cü ilin sentyabrında ABŞ İraqdakı beynəlxalq missiyasının başa çatdığını və qoşunların çıxarılacağını elan edib.

 

İyun ayında isə “The New York Times” ABŞ təhlükəsizlik və kəşfiyyat cəmiyyətindəki mənbələrə istinadla yazıb ki, İranın dəstəklədiyi silahlı qruplar ABŞ-ın İraqdakı və potensial olaraq Suriyadakı hərbi bazalarına hücum etməyi planlaşdırır .

Chosen
53
1
senzor.az

10Sources