EN

Ether-in qiymətində yeni rekord

 

Ən böyük ikinci kriptovalyuta olan Ether-in qiyməti bazar günü günortadan sonra 4 min 954,81 ABŞ dollarınadək yüksəlib. Daha sonra isə təxminən 1% azalma ilə 4 776,46 dollar səviyyəsində ticarət olunub.

 Bitcoin, cümə günüki "rallidən" əldə etdiyi bütün qazancı itirərək 10 iyuldan bəri ən aşağı həddə – 110 min 779,01 dollara qədər geriləyib. Sonradan təxminən 2% enişlə 112 min dollar civarında ticarət olunub. Bitcoin 13 avqustda 124 min 496 dollarla son rekordunu qırmışdı.

Qeyd edək ki, cümə günü ABŞ Federal Ehtiyat Sisteminin (Fed) sədri Cerom Pauell faiz endirimlərinə işarə etdikdən sonra investorların riskli aktivlərə marağı artıb. Bunun nəticəsində Ether 15%, Bitcoin isə 4% bahalaşıb.

Ether rekord kriptovalyuta qiymət ABŞ dolları Bitcoin eniş artım Fed Jerome Powell faiz endirimi investor riskli aktivlər bazar ticarət
Chosen
11
marja.az

1Sources