Muğənni Afət Fərmanqızı qalmaqallı açıqlamalar verib.
O, qonaq olduğu “Bir gün” verilişində şəxsi həyatı barədə danışıb.
“Qanuni ailə həyatı qururam, qınayırlar. 100 hoqqadan çıxana isə yaxşı edib, qismətidir deyirlər. Həmçinin qanuni mahnı oxuyuram, oğurlayırlar. Söyləyirlər ki, sən də oxu, o nə deməkdir? Oxusun, ancaq video çəkdirib deməsin ki, bu mahnı Afətin deyil. Haqqa girməyə öyrəşiblər. Hərdən deyirəm ki, mən də o yolu seçim, amma ola bilmirəm. Çünki mənəviyyatlı ziyalı ailəsində böyümüşəm. Kiminsə ailəsini gözü yaşlı qoymağın, hansısa mahnının haqqına girməyin nə olduğunu bilirəm.
Həyatımın 8 il çətin sınaq dfövrü oldu. Saabah nə yeyəcəyimizi düşünürdük. Rəhmətlik anam gözəl günlərimi gördü. Dünyasının dəyişəndə ev-eşik sahibi olmuşdum, tanınmış müğənni idim. İndiki günlərimi də görməyini istərdim, ömür vəfa etmədi. 56 yaşında anam, 54 yaşında isə atam dünyasını dəyişdi. 60 yaşı görmədilər”.//Milli.Az