EN

Makrona məktub yazan ABŞ səfiri

ABŞ səfiri Çarlz Kuşner antisemitizmlə effektiv mübarizə aparmayan Fransa hakimiyyətini tənqid etdikdən sonra bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Senzor.az bildirir ki, Fransa Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə belə deyilir.

 

Nazirlik ABŞ səfiri Çarlz Kuşnerin ittihamlarını qətiyyətlə rədd edərək onun açıqlamalarını qəbuledilməz adlandırsa da, real vəziyyəyi gizlədə bilməyib: “2023-cü il oktyabrın 7-dən etibarən Fransada antisemitizm aktlarının artması təəssüfləndiyimiz bir reallıqdır. Fransa hakimiyyəti total səfərbərlik nümayiş etdirir, çünki bu hərəkətlər qəbuledilməzdir”.

 

Qeyd edək ki, ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşner Fransa Prezidenti Emmanuel Makrona məktub yazaraq, onu ölkəsində antisemitizmlə mübarizədə kifayət qədər fəaliyyət göstərmədiyinə görə qınayıb.

Chosen
19
2
senzor.az

3Sources