ABŞ səfiri Çarlz Kuşner antisemitizmlə effektiv mübarizə aparmayan Fransa hakimiyyətini tənqid etdikdən sonra bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin yayılan kommünikesində deyilir.
Nazirlik ABŞ səfiri Çarlz Kuşnerin ittihamlarını qətiyyətlə rədd edərək onun açıqlamalarını qəbuledilməz adlandırsa da, real vəziyəyi gizlədə bilməyib:
“2023-cü il oktyabrın 7-dən etibarən Fransada antisemitizm aktlarının artması təəssüfləndiyimiz bir reallıqdır. Fransa hakimiyyəti total səfərbərlik nümayiş etdirir, çünki bu hərəkətlər qəbuledilməzdir”.
Qeyd edək ki, ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner Fransa prezidenti Emmanuel Makrona məktub yazaraq, onu ölkəsində antisemitizmlə mübarizədə kifayət qədər fəaliyyət göstərmədiyinə görə qınayıb.
"Cebheinfo.az"