EN

FHN: Ötən həftə 57 nəfər xilas edilib, 10 nəfər ölü tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) əhalinin və ərazilərin təbii və texnogen mənşəli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirliyin "112" qaynar xəttinə daxil olan zənglər əsasında ötən həftə ərzində FHN-in aidiyyəti qurumları tərəfindən 692 yanğın hadisəsi, 48 köməksiz vəziyyətdə qalma, 2 yol-nəqliyyat hadisəsi və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən operativ tədbirlər nəticəsində yanğınların qarşısı alınıb və insanların həyatı xilas olunub. Ümumilikdə, 11-i azyaşlı olmaqla 57 nəfər xilas edilib, 13 nəfər xəsarət alıb, 8 nəfər təxliyə olunub. 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Chosen
69
15
anews.az

10Sources