Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Naxçıvan, 18 avqust, AZƏRTAC
Ötən həftə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 9 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatı həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şərur rayonunun Mahmudkənd kəndində ot bağlamalarında, Şahbuz şəhərində, Sədərək rayonunun Sədərək kəndində və Babək rayonunun Nehrəm qəsəbəsində həyətyanı sahələrdə, Şərur rayonunun Daşarx kəndində yardımçı tikilidə, Şərur rayonunun Axaməd kəndində fərdi yaşayış evində, Naxçıvan şəhərində isə quru otluq sahədə və məişət tullantısı qutusunda yanğın hadisələri baş verib.
Eləcə də, mənzildə bağlı qapı arxasında qalan 1, liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olunub və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatı keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.